SON XƏBƏRLƏR

Rəsmi Tehran, İranın Afinadakı səfirliyinin işçisinə edilən hücumu kəskin pisləyib

2021.10.20, 07:36
Rəsmi Tehran, İranın Afinadakı səfirliyinin işçisinə edilən hücumu kəskin pisləyib

Gunaz.tv

GünAzTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi martın 29-da jurnalistlərə açıqlamasında, İranın Afinadakı səfirliyinin işçilərindən birinə edilən hücumu kəskin pisləyib.

 

Bəhram Qasimi bildirib ki, hadisə, martın 28-də baş verib: “Afinadakı İran səfirliyinin bir işçisi, səfirliyə yaxın küçələrdən birində naməlum bir şəxsin hücumuna məruz qalaraq bıçaqlanıb. Hücum nəticəsində bədən xəsarəti alan həmin şəxs xəstəxanaya yerləşdirilib. Hadisədən az sonra, Yunanistanın ölkəmizdəki səfirliyinin nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılaraq baş vermiş olayla bağlı ona rəsmi etiraz notası verilib və hücumçu şəxsin tez bir zamanda yaxalanması tələb edilib.

 

Görüşdə, həmçinin İranın Yunanistandakı səfirliyinin işçilərinin təhlükəsizliyinin  qorunmasının vacibliyi vurğulanaraq, qarşı tərəfin bununla bağlı məsuliyyət daşıdığı xatırlanıb”.

 

Bəhram Qasimi, Afinada hücuma məruz qalan səfirlik işçisinin adını mediaya açıqlamasa da, Yunanistan mediasının yaydığı məlumatda bildirilir ki, kimliyi bəlli olmayan hücumçu şəxs, əvvəlcə İran səfirliyinə daxil olmaq istəsə də polis ona mane olub. Bundan sonra hücumçu şəxs səfirlik binasından uzaqlaşıb. Lakin İran səfirliyinin iki işçisi həmin şəxsdən şübhələnərək onu izləməyə başladıqda, o, səfirlik işçilərinə hücum edərək onlardan birini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar