İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün jurnalistlərlə görüşündə “Türkiyənin Azərbaycan Respublikasında 3 hərbi baza tikməsi” ilə bağlı sualı cavablandırıb.
Gunaz.tv
Sözçü jurnalistlərdən birinin ona verdiyi “Türkiyənin Azərbaycanda 3 hərbi baza tikməyə başlaması barədə məlumatlar yayılıb. Rəsmi İranın buna münasibəti və mövqeyi nədir. Bu məsələ Cənubi Qafqazda münaqişələrin daha da şiddətlənməsinə səbəb ola bilərmi” sualını cavablandıraraq deyib ki, regionun hərbiləşdirilməsi heç də müsbət hal deyil: “Biz, 9 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşma sənədini müsbət qarşıladıq.
Sənəddə isə deyilir ki, münaqişə tərəfləri olan Bakı və İrəvan regionu qeyri- hərbiləşdirmək, bölgənin təhlükəsizliyini təmin etmək və öz aralarında normal əlaqələr qurmaq niyyətindədirlər. Biz, bu məsələyə yardım edən hər bir düzgün addımı müsbət qarşılayır, bunun əksinə atılan hər bir addımı isə qeyri- konstruktiv hesab edirik”, -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə media nümayəndələri ilə keçirdiyi görüşündə bəyan edib.
A.M