SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton Ermənistan xarici işlər nazirinin Amerikaya səfərinə icazə verməyib

2021.10.20, 07:36
Rəsmi Vaşinqton Ermənistan xarici işlər nazirinin Amerikaya səfərinə icazə verməyib

Gunaz.tv

GünAz TV: Rəsmi Vaşinqton Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın Amerika Birləşmiş Ştatlarına rəsmi səfərinə icazə verməyib.

 

Bu barədə Ermənistanın “Qraparak” qəzeti Xarici İşlər Nazirliyindəki qaynaqlarına istinadən xəbər edib. Qəzet rəsmi İrəvanın bu səfərin üzərində uzun müddətdir ki, çalışdığını vurğulayıb.

 

“Bizim qaynaqlar burada baş nazir Nikol Paşinyan və Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla telefon danışığının böyük rol oynadığını bildirir. Burada C. Bolton N.Paşinyandan Ermənistanın Suriyaya hərbi missiya göndərməklə bağlı qərarının qəti olub-olmadığını soruşub və müsbət cavab alıb. İndi XİN bütün gücü ilə vəziyyəti düzəltməyə çalışsa da Z.Mnasakanyanın ABŞ dövlət katibi Maykl Pomleo tərəfindən qəbulu mümkünsüz görünür,”,-deyə yazıda qeyd olunur.

 

Qəzet buna görə erməni tərəfinin lobbinin köməyinə baş vuracağını istisna etməyib.

 

“Yeri gəlmişkən, bizim ABŞ-dakı səfirimiz də indi yaxşı vəziyyətdə deyil”,-deyə qəzetin mənbəyi sonda nazirlikdə hökm sürən pərtlik vəziyyəti çatdırıb. Musavat.com

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar