SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton İran hökumətini terrorçu fəaliyyətdə ittiham edən bəyanat yayıb

2021.10.20, 07:36
Rəsmi Vaşinqton İran hökumətini terrorçu fəaliyyətdə ittiham edən bəyanat yayıb

Gunaz.tv

GünAz TV: ABŞ Dövlət Departamenti (Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirliyi)  İran hökumətini terrorçu fəaliyyətdə ittiham edən bəyanat yayıb.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bəyanatda bildirilir ki, ABŞ xüsusi xidmət orqanları tərəfindən üstü açılan Səudiyyə Ərəbistanının səfiri Adil əl Cübeyrənin qətlə yetirilməsi planı (tərhi) İran hökumətinin əsas diqqəti terrorçu fəaliyyət üzərində cəmləşdirdiyini göstərir.

ABŞ-ın baş prokuroru (dadistan-i koll) Erik Xolder sui-qəsd planının üstünün açıldığını təsdiqləyib. O bildirib ki, sui-qəsd planı İran hökuməti daxilindəki qruplaşmalardan biri tərəfindən planlaşdırılıb: “ABŞ öz ərazisində terror aktlarının (əməllərinin) planlaşdırılmasını cavabsız qoymayacaq”. Bununla belə baş prokuror sui-qəsd planının detallarını (coziyyatını) açıqlamayıb.

 

 Qeyd edək ki, Nyu-York federal məhkəməsi İsrail və Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliklərində terror aktı törətmək və Səudiyyə səfirini öldürməyə hazırlaşmaqla bağlı iki İran vətəndaşına ittiham irəli sürüb.

İranın BMT-dəki (Birləşmiş Millətlər Təşkilatındakı) daimi nümayəndəliyinin rəhbəri Məhəmməd Xəzai baş katib Pan Gi Muna göndərdiyi məktubda baş prokuror Erik Xolderin ittihamlarını rədd edib və ABŞ-ı Fars Körfəzində stabilliyi pozmaq niyyəti daşımaqda günahlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar