Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbərinin müavini Stefın Biqan İranla Çin arasında müzakirə edilən 25 illik əməkdaşlıq sənədinə münasibət bildirib.
Gunaz.tv
O, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin ABŞ-la Çin arasında rəqabət mövzusuna həsr edilmiş konfransda bu barədə çıxış edib.
Diplomat qeyd edib ki, Dövlət Departamenti hazırda İranla Çin arasında iqtisadi və təhlükəsizlik sahəsindəki tərəfdaşlığı çox diqqətlə nəzarətdə saxlayır.
"Tərəflər arasında bu əməkdaşlığın baş tutması İrana Yaxın Şərq regionunda hərbi ambisiyaları, eləcə də təxribatçı və terror hücumlarını davam etdirməyə imkan yarada bilər", - deyə Stefın Biqan əlavə edib.
Qeyd etmək lazımdır ki, sözügedən əməkdaşlıq müqaviləsinə İran rejiminin bəzi siyasətçiləri də qarşı çıxır, bunu Çindən vassal olaraq asılı olmaq kimi dəyərləndirirlər.
Ə.A