SON XƏBƏRLƏR

“Rəşt şəhərində Azərbaycan və türklərlə bağlı adların yazıldığı lövhələr ləğv olunmalıdır” – Şəhər Şurasının üzvü / GÖRÜNTÜ

2021.10.20, 07:36
“Rəşt şəhərində Azərbaycan və türklərlə bağlı adların yazıldığı lövhələr ləğv olunmalıdır” – Şəhər Şurasının üzvü / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Rəşt Şəhər Şurasının rəis müavini Rza Rəsuli Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe sərgiləyərək təmsil etdiyi şəhərdə Azərbaycan və türklərlə bağlı adların yazıldığı lövhələrin ləğv olunmasını istəyib.

 

O bu barədə Rəşt Şəhər Şurasının 73-cü iclasında danışıb.

 

Rza Rəsuli çıxışı zamanı türk adları yazılmış bir neçə lövhənin şəkilini göstərərək həmin lövhələrin yığışdırılmasını tələb edib.

 

“Gil xəbər” yerli xəbər agentliyinin yaydığı məlumata görə, Şəhər Şurasının rəis müavini irqçi mövqe sərgiləyərək bildirib ki, Rəştdə yaşayan türklər də gilək adlarından istifadə etməlidir.

 

Rza Rəsuli anti-türk və anti-Azərbaycan mövqeyi ilə seçilən bir şəxsdir. O bundan əvvəl Ərdəbil Əyalətinin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinin bir hissəsi olduğunu iddia edib.

 

Someesəranın millət vəkilinin elan etdiyi statistik məlumata görə, Azərbaycan türkləri Gilan Əyaləti əhalisinin ən azı 30 faizini təşkil edir. Onlar bu əyalətdə hər cür ayrı-seçkiliyə məruz qalır. Gilan Əyaləti telekanalının yalnız gilək və fars dilində yayımlanması əyalətin yerli türk əhalisinə qarşı böyük hörmətsizlikdir.

 

Rza Rəsulinin iclasda göstərdiyi şəkillər:

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar