Bunu dərginin baş redaktoru, Rəşt Universitetinin beynəlxalq münasibətlər və siyasi elmlər üzrə magistri İbrahim Gənci “İran öyrəncilər Bülleteni”nə verdiyi açıqlamada deyib.
Gunaz.tv
Onun sözlərinə görə, Rəşt Universitetinin rəhbərliyi mövqelərini “qövmlərə, xüsusilə türklərə fəaliyyət icazəsi”nin verilmədiyi ilə əsaslandırıblar.
Yanvar ayının 20-də “İran Öyrəncilər Bülleteni”də yayılan müsahibədə İbrahim Gənci dərginin çıxarılmasına müxalifətin başqa səbəbini “Qarabağı dəstəkləmələri” olduğunu bildirib.
Baş redaktor dərginin birinci sayının nəşrindən öncə Universitet məsullarının bir çox yazıları sildiyini söyləyib. O, ərəb əlifbasında “türk” sözünün yazılışına irad tutan rəhbərliyin “niyə Gilan türkləri ilə uğraşırsınız, nədən Qarabağa dəstək verirsiniz” kimi suallarla işlərinə əngəl olduqlarını deyib.
İbrahim Gənci fars miliyyətçilərinin, səltənətçilərin fəaliyyətlərinə, onların başqa xalqlara, özəlliklə türklərə qarşı aşağılayıcı münasibətlərinə həsaslıq göstərməyən Rəşt Universiteti rəhbərliyinin öyrənci dərgisinə və türklərlə bağlı olan fəaliyyətə həssaslıqla yanaşdıqlarını vurğulayıb.
Öyrənci fəalın dediyinə görə, Universitet məsulları dərginin nəşrinə mane olmaq, onların fəaliyyətini qeyri-legitim göstərmək üçün dərginin 2,3 və 4-cü saylarının dizayın xərclərini ödəməkdən və materialları Universitetin saytında yerləşdirməkdən imtina ediblər.
Baş redaktor Universitet rəhbərliyinin onlara borclu olduğunu və dərgini öz şəxsi vəsaitləri hesabına çıxardıqlarını deyib.
Xatırladaq ki, milli-mədəni fəal Qarabağın azadlığı uğrunda əməliyyat keçirən Azərbaycan Ordusuna dəstək verdiyi və Nurduz gömrüyünün bağlanmasını tələb etdiyu üçün 18 oktyabr 2020-ci ildə təhlükəsizlik məmurları tərəfindən tutulduqlanmışdır.
C.E