SON XƏBƏRLƏR

Rəştli deputat: "Koronavirusdan ölənlərin sayı həddən artıq çoxdur, rəsmi statistikalar isə yalan"

2021.10.20, 07:36
Rəştli deputat: "Koronavirusdan ölənlərin sayı həddən artıq çoxdur, rəsmi statistikalar isə yalan"

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Rəştdən seçilmiş deputatı Qulaməli Cəfərzadə rəsmilərin koronavirusdan ölənlərin real sayını gizlətməsini kəskin tənqid edib.

 

O bildirib ki, yayılan rəsmi statistikalar yalandır və sanki xalqla zarafat edirlər. Millət vəkili Gilanda vəziyyətin ağır olduğunu, hətta Rəşt xəstəxanalarının dəhlizlərinin koronavirusa yoluxanlarla olduğunu deyib.

 

"Bizim əlimizə çatan məlumatlar və sübutlar ölənlərin və virusa yoluxanların sayının rəsmi statistikalardan dəfələrlə çox olduğunu göstərir. Lakin İslam Respublikası rəsmiləri həqiqəti gizlədib, rəqəmləri olduqca aşağı göstərirlər. Bu məsələ ilə bağlı ötən günlərdə yerli və xarici media orqanlarında dəfələrlə məlumatlar yayılıb", - deyə deputat əlavə edib.

 

Qulaməli Cəfərzadə həmçinin qeyd edib ki, Gilan əyaləti ərazisində, xüsusilə Rəştdə xəstəxanalar bərbad vəziyyətdədir, maska başda olmaqla, ən adi tibbi ləvazimatlara belə sahib deyil. O, bu səbəbdən əyalətdə koronavirusa yoluxmuş şəxslərin sağalmaq ehtimallarının çox aşağı olduğunu deyib.

 


Deputat Gilanda koronavirusa yoluxanların qəbulu üçün nəzərdə tutulmuş əsas mərkəz olan Razi xəstəxanasında artıq yer qalmadığını, buna görə də, yeni xəstələrin ora qəbul edilmədiyini deyib. O, əyalətin digər xəstəxanalarında da vəziyyətin təqribən eyni olduğunu, koronaya yoluxanların sayının çox olması səbəbindən, tibb müəssisələrində boş çarpayı tapılmadığını bildirib.

 

Deputat çıxışının qalan hissəsini də ölkə rəsmilərinin koronavirus qurbanlarının sayını gizlətməsi və məsuliyyətsiz davranmasına həsr edib.

 

Xatırladaq ki, ötən günə olan statistikalara əsasən, İranda koronavirusdan ölənlərin sayı 54-ə, yoluxanların sayı isə 978 nəfərə çatıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar