SON XƏBƏRLƏR

Rəzəvi Xorasan valisi: “Qarşıdan gələn günlərdə koronavirusa yoluxanların sayının artmasının şahidi ola bilərik”

2021.10.20, 07:36
Rəzəvi Xorasan valisi: “Qarşıdan gələn günlərdə koronavirusa yoluxanların sayının artmasının şahidi ola bilərik”

Gunaz.tv

GünazTV: İranın Rəzəvi Xorasan əyalətinin başçısı (valisi) Əlirza Rəzm Hüseyni mayın 1-də mediaya açıqlamasında əyalətdə koronavirus infeksiyasına yoluxma hallarının arta biləcəyindən danışıb.

 

 O deyib ki, Rəzəvi Xorasan əyaləti ölkədə yaradılmış Koronavirusla Mübarizə Qərargahının bütün tapşırıq və qərarlarına riayət edib: “Koronavirusla Mübarizə Qərargahının dəyərləndirmələrinə görə, bizim əyalət hələ də qırmızı vəziyyət içindədir.

 

Lakin son günlər karantin rejimi ilə əlaqədar qoyulan məhdudiyyətlərin tədricən azaldılmasını nəzərə alaraq, biz qarşıdan gələn günlərdə Rəzəvi Xorasan əyalətində koronavirusa yoluxanların sayının yenidən artmasının şahidi ola bilərik” -deyə, Rəzəvi Xorasan əyalətinin valisi Əlirza Rəzm Hüseyni bəyan edib.

 

Əlirza Rəzm Hüseyni Rəzəvi Xorasan əyalətində bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin və xəstəliyə yoluxanların sayını açıqlamayıb.

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 30-da mediaya açıqlamasında ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6028 nəfərə, yoluxanların sayının isə 94640 nəfərə çatdığını bildirib.

 

 

 İranın tibb mərkəzlərindəki müstəqil mənbələr isə, hökumətin rəsmi statistikasını rədd edərək, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 37 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar