Prezident: "Laçın dəhlizinə çıxdıqda düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb"

21.10.2021, 13:30

"Zəngilan doğrudan da çox füsunkar təbiətə malik olan bir diyardır. Mən ilk dəfə Zəngilana keçən ilin sonlarında gəldim, dekabr ayında və o vaxt heyran oldum bu diyara. Əzəmətli dağlar, yaşıl meşələr, çaylar, iqlim - bura doğrudan da Azərbaycanın ən gözəl yerlərindən biridir və məqsədimiz də odur ki, Zəngilanı yenidən quraq. 

Gunaz.tv Quote | Gunaz article

Çünki köhnə Zəngilandan bir şey qalmayıb. Siz indi görürsünüz, mənfur düşmən demək olar ki, bütün binaları dağıtmışdır".

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"Bir neçə bina qalıb ki, orada hərbçilər yerləşirdi. Qalan bütün binaları, bütün kəndlərin binalarını bir məqsədlə dağıtmışlar ki, biz buraya qayıtmayaq. Amma biz qayıtmışıq, şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. 

Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq. Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.

Amma indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək.

Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi", - dövlət başçısı bildirib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

2021-11-27

gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26

gun az article

“Kommunikasiyaların açılması çox vacibdir” - Paşinyan

2021-11-26

gun az article

Putin: “Yekun sülh müqaviləsi bağlamaq lazımdır”

2021-11-26

gun az article

“Azərbaycan kommunikasiyaların açılması məsələsində konstruktivlik nümayiş etdirib” - İlham Əliyev

2021-11-26

gun az article

Putin sülhməramlıların Qarabağdakı rolundan danışdı

2021-11-26

gun az article

Rusiyalı ekspert: “Paşinyan 9 noyabra planlaşdırılan üçtərəfli görüşü pozdu”

2021-11-26

gun az article

İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

2021-11-26

gun az article

İranda daha 2 bəluc edam edilib

2021-11-26

gun az article

Səid Xətibzadə: “Amerika və Avropa üçlüyü saxta bəyanatlar yayırlar”

2021-11-26