SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri ilə görüşəcək - RƏSMİ

2021.11.20, 13:27
Prezident İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri ilə görüşəcək - RƏSMİ

Gunaz.tv

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib. 

Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlət başçısıtərəfindən, o cümlədən beynəlxalq platformalada səsləndirilib. Bu xüsusda Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik". (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar