SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik"

2023.01.27, 13:53
Prezident İlham Əliyev: "Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik"

Gunaz.tv

Bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

mQGKjQc.jpg

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!"

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizəçinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

Prezident İlham Əliyev bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb:

"Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm". (report)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar