Prezident İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda səfərdə olublar

01.11.2021, 17:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı rayonunda səfərdə olublar.

Gunaz.tv Quote | Gunaz article

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, bu il İsmayıllı şəhərinin Babək küçəsində ideya və üslub baxımından fərqli abadlıq işlərinə start verilib. Şəhərin Heydər Əliyev Parkına aparan, uzunluğu 400 metrə yaxın olan küçəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında həyata keçirilib.

Küçədə yerləşən həyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzlükləri təmir olunub, hasar damlarına keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar əlvan rənglərlə boyanıb, divarların fasadında dekorativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. 

Yolboyu divarlar küçə rəssamlıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayıllıya gələn qonaqların marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllıda ötən il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayfayı, təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, enerji doldurma portu, USB girişinin olmasıdır. Dayanacaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var. Bu il daha bir dayanacaq quraşdırılıb.

Onu digərindən fərqləndirən cəhət sensor qapılarının və kondisionerinin olmasıdır.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bununla yanaşı, yenidənqurma işləri çərçivəsində parkda yeni bəzək gül kolları və ağaclar əkilib, oturacaqlar yenilənib, işıq sistemi dəyişdirilib. Bu il şəhərin bir neçə küçəsinin asfaltlanması başa çatdırılıb. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə iki dəfə silkələndi

2021-11-28

gun az article

İşğaldan azad edilən ərazilərdə erməni hərbçilərin qalıqları aşkarlanıb

2021-11-28

gun az article

Ceyhun Bayramov iranlı həmkarı ilə Soçi görüşünü, Qarabağ bəyanatını müzakirə edib

2021-11-28

gun az article

“Ərdoğanı dayandıra bilməyəcəklər, Türkiyə postsovet məkanına yayılacaq” - Tanınmış ekspert

2021-11-27

gun az article

“Net Blocks” saytı İranın bir sıra əyalətlərində internetin məhdudlaşdırıldığını təsdiqləyib

2021-11-27

gun az article

İranda daha bir ağır yol qəzası: Qəzada 5 Əfqanıstan vətəndaşı həlak olub, 18-i yaralanıb

2021-11-27

gun az article

İranlı sözçü: “MAQATE müfəttişlərinin Kərəcdəki TESA nüvə mərkəzinə baxış keçirməsinə icazə verilməyəcək”

2021-11-27

gun az article

Rusiyalı ekspert: “Yaxın zamanda nəqliyyat dəhlizlərinin açılması prosesi başlayacaq”

2021-11-27

gun az article

Xamneyinin nümayəndəsindən isfahanlı əkinçilərə gülünc tövsiyə: “Gedin yağış namazı qılın”

2021-11-27

gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26