SON XƏBƏRLƏR

Prezident İlham Əliyev xalqa müraciət edib

2021.10.20, 07:36
Prezident İlham Əliyev xalqa müraciət edib

Gunaz.tv

Müraciət televiziya kanalları ilə canlı yayımlanıb.

İlham Əliyev 44 günlük Vətən müharibəsinin milli iradə, mili ruh və milli ləyaqətin təntənəsi olduğunu deyib: “Biz qələbəni döyüş meydanında qazandıq”. 
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ordusu düşməni qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur edib:

“Həmin düşmən 30 il ərzində bizə meydan oxuyub, Azərbaycan xalqının ləyaqətini tapdalamağa çalışıb. 30 il ərzində azğınlaşmış düşmən qabağımızda diz çökdü, ağ bayraq qaldırdı. Məcbur oldu ki, noyabrın 9-da kapitulyasiya aktına imza atsın. Və biz digər ərazilərimizi bir damla qan tökmədən, şəhid vermədən geri qaytardıq”.

İlham Əliyev bildirib ki, Azərbaycan heç zaman torpaq itkisi ilə barışmayıb:

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. 

Müharibə başlayanda mənfur düşmənin əlində kifayət qədər ərazi vardı. Biz güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. 
 
Ölkə başçısı bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə verilib:  

“Biz düşməni diz çökməyə, kapitulyasiya aktına imza atamağa məcbur etdik. Həmin düşmən 30 il ərzində xalqımızın şərəf və ləyaqətini alçatmağa çalışdı, amma biz onları ağ bayraq qaldırmağa məcbur etdik. Nəticədə yüzlərlə kənd bir güllə atmadan azad olundu. Dağlıq Qarabağ münaqişəsi arxada qaldı. 

Azərbaycan ərazisində Qağlıq Qarabağ ərazisi mövcud deyil. Dağlıq Qarabağ adlı ölünü kim dirilmtək istəyirsə, öz ərazisində diriltsin, “Dağlıq Qarabağ” adlı qurum, respublika, cəmiyyət yaratsın, biz də onu tanıyarıq, amma Azərbaycanda yox”.

Dövlət başçısı xalqa səslənişində ərazi bütövlüyü uğrunda müharibədə canını fəda etmiş şəhidləri yad edib: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm.

Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı.
Biz onların qanını aldıq!”

Prezident Qarabağın qısa zamanda bərpa ediləcəyini bildirib:

Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". 

 

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar