SON XƏBƏRLƏR

Prezident Polad Həşimovun qızının sualına cavab verdi: "Onu hərbçi kimi yüksək qiymətləndirirdim"-VİDEO

2022.02.03, 09:45
Prezident Polad Həşimovun qızının sualına cavab verdi: "Onu hərbçi kimi yüksək qiymətləndirirdim"-VİDEO

Gunaz.tv

Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.

Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.

“Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”, -A.Həşimova qeyd edib.

“Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur.  

Mən onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim. Polad Həşimovun qanı yerdə qalmamalı idi və qalmadı.

Qisasını döyüş meydanında aldıq. Mən onun hərbçi kimi fəaliyyətini yüksək qiymətləndirirdim, yüksək mükafatlarla təltif edirdim. 

Sevinirdim ki, ordumuzda belə vətənpərvər, peşəkar, yeni nəslin nümayəndələri yetişir. Onu həlak olması hamımızı sarstıdı.

Eyni zamanda onun həlak olması bizi bir daha mətin olmağa çağrıdı. Hamıya göstərdi ki, nəyin bahasına olursa olsun torpaqlarımızı azad etməliyik”.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar