Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb

03.11.2021, 12:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.

Gunaz.tv Quote | Gunaz article

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi yenidən görməyə çox şadam. Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq.

Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu qarşılıqlı dəstək tərəfdaşlığımızı çox xüsusi edir. 

Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. 

Ölkələrimiz arasında çoxlu oxşarlıqlar var və xalqlarımız bir-birini daha yaxşı tanıyır. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Sözsüz, bu elə bir vaxt idi ki, ölkələrimiz müstəqil deyildilər. Lakin biz müstəqillik illərində bu sıx əməkdaşlığı davam etdiririk. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Bir daha xoş gəlmisiniz.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dedi:

– Cənab Prezident, dəvətinizə və VIII Bakı Forumunda iştirak etmək və orada çıxış etmək imkanına görə təşəkkür edirəm. Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi var və ümidvaram ki, gələcəkdə biz buna əsaslanaraq dostluq əlaqələrini davam etdirəcəyik. Mən telefon danışığımız zamanı artıq Sizi təbrik etmişəm, lakin indi şəxsən Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim. 

Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınız. Mən hətta müharibə zamanı bu barədə dəfələrlə danışmışam. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik. (modern.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07