Prezident Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olub

22.10.2021, 14:03

Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Milli Gimnastika Arenasının yeni məşq binasında yaradılan şəraitlə tanış olublar.

Gunaz.tv Quote | Gunaz article

Gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və qızları Leyla Əliyevaya Milli Gimnastika Arenasının ərazisində yerləşən yeni məşq binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Milli Gimnastika Arenasının yeni məşq binasının tikintisi ötən ilin sentyabrında başa çatdırılıb. Burada kişi və qadın idman gimnastikası, bədii gimnastika, batut gimnastikası, ümumilikdə gimnastikanın 7 növü üzrə məşqlər keçirilir. Binada məşqçi və həkim otaqları, həmçinin gimnastlar üçün istirahət otaqları, fitnes və xoreoqrafiya zalları fəaliyyət göstərir. 

Burada hovuz da yaradılıb. Yeni binada eyni vaxtda 100 nəfər məşq edə bilər. Binanın ikinci mərtəbəsində idmançıların yaşayışı üçün 60 çarpayılıq 19 otaq vardır. Bir sözlə, Milli Gimnastika Arenasının yeni məşq binasında təlim-məşq toplantıları təşkil etmək, gimnastikanın müxtəlif növləri üzrə təlim keçmək və beynəlxalq yarışların yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradılıb. 

Yeri gəlmişkən, gələn ay burada batut gimnastikası üzrə Dünya Çempionatının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında bir sıra mötəbər beynəlxalq yarışların təşkili planlaşdırılır.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva gimnastların məşqlərinə baxdılar və xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın dünyanın nüfuzlu idman ölkəsinə çevrilməsinə, respublikanın hər yerində müasir idman infrastrukturunun yaradılmasına, yeni-yeni idman obyektlərinin tikilib istifadəyə verilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmanın bütün növlərinin inkişaf etdirilməsinə həmişə xüsusi diqqət yetirib. 

Dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə 2014-cü ildə Bakıda istifadəyə verilən Milli Gimnastika Arenası idmanın bu növünün inkişafına geniş imkanlar açıb, gənc nəslin gimnastikaya olan həvəsinin artırılması işində mühüm rol oynayıb.

Xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Gimnastika Federasiyasının əldə etdiyi böyük uğurlar Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi sayəsində mümkün olub. Belə ki, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün inkişaf mərhələsi başlayıb, gimnastika ilə məşğul olan idmançıların beynəlxalq yarışlarda qazandığı uğurlarının sayı artıb. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçildi

2021-12-09

gun az article

Tehranda mikroavtobus TIR-la toqquşub: 12 nəfər ağır yaralanıb

2021-12-09

gun az article

Prezidentin xüsusi nümayəndəsi: “Ağdam əhalisinin sayına görə 4-cü böyük şəhərə çevriləcək”

2021-12-09

gun az article

İranda daha 4 bəluc dara çəkilib

2021-12-09

gun az article

İranda tələbə fəalı Leyla Hüseynzadə həbs edilib

2021-12-09

gun az article

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib

2021-12-09

gun az article

Ağdam və Cəbrayılda məktəb tikintisinin layihələndirmə prosesi başlayıb

2021-12-09

gun az article

Şuşada iki nəfər minaya düşərək ölüb

2021-12-09

gun az article

“Röyters”: “Amerika və İsrail İranın nüvə təsisatlarına hücum üçün təlim-məşqlərin keçirilməsi barədə məsləhətləşmələr aparacaqlar”

2021-12-09

gun az article

“Walla News”: “İranın Laziqiyyə limanına göndərdiyi silah-sursatın 70 faizi hava hücumunda məhv edilib”

2021-12-09

gun az article

Böyük Britaniya: “Hazırkı müzakirələr İranın nüvə razılaşmasına qayıtması üçün son fürsətidir”

2021-12-09

gun az article

Sabah XİN başçılarının müavinləri görüşəcək

2021-12-09

gun az article

Erməni mifi beynəlxalq məhkəmələrdə də fiaskoya uğrayır

2021-12-09

gun az article

Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

2021-12-09

gun az article

Bu gün Vyanada yenidən nüvə danışıqları başlayır: İran 5 şərtlə danışıqlar masasına qayıdır

2021-12-09

gun az article

Ağdamda İmarət stadionunun yeri dəyişdirilib

2021-12-09

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

2021-12-09

gun az article

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

2021-12-08

gun az article

Ekspert: "Ermənistan Azərbaycanla atəşkəs razılaşmasının pozulmasına son qoymalıdır"

2021-12-08

gun az article

Hindistan Baş Qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

2021-12-08