GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Taliban İranla sərhəddə təlimlərə başladı
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
Xersonda yüzlərlə insan itkin düşüb
İran vətəndaşına narkokuryerlik edən saxlanılıb
Rus ordusu Odessaya hücum edib: ölən və yaralananlar var
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
Miqrantların türk gəmisini qaçırmaq cəhdinin qarşısı alınıb
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
Görüşdə İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.
Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq deyib ki, çox təəssüf ki, müstəqilliyimizin ilk illərində mənfur düşmənlər Azərbaycan Respublikasının bütövlüyünə, onun sərhəd toxunulmazlığına qarşı cinayətkar əməllər törədiblər.
Bir azərbaycanlı kimi sevinirəm ki, Vətən oğulları da bu əməllərin qarşısının alınması üçün könüllü şəkildə maraqlarını ortaya qoyaraq Vətənin çağırışına səs verdilər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan oğulları düşmənə layiqli cavab verib.
Müstəqilliyin ilk illərində hər hansı bir ordudan danışmaq çətin idi. Ordu quruculuğunun təməli məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən Naxçıvanda atılıb.
Mən Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin yerləşdiyi ərazidə olarkən orada yaradılan şəraiti gördükdə qürurlandım. Ona görə ki, bu sahədə işlər ilk olaraq burada formalaşıb.
Birinci Qarabağ müharibəsi bizim üçün olduqca ağır idi. Lakin düşmənin uzun müddət həm təbliğatı, siyasəti, həm də özlərini “qəhrəman xalq” kimi təqdim etmələri Azərbaycan oğullarının rəşadəti və səyi hesabına darmadağın edildi. Artıq belə bir mif yoxdur.
Bütün dünya onların kim olduğunu bir daha gördü. Çox təəssüf ki, bugünkü dünya nizamında ikili standartlarla qarşılaşırıq, ərazi bütövlüyümüzə yenə də düşmən gözü ilə baxan qüvvələr var. Ancaq əmin edirəm ki, ölkə Prezidentinin bu məsələlərdə qətiyyətinə heç bir şübhə ola bilməz.
Dövlət başçısının siyasəti məhz ona hesablanıb ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı və dədə-baba torpaqlarımız həmişə bizim bir tərkib hissəmiz kimi qalmalıdır.
Fuad Nəcəfli təşəkkür edərək deyib ki, müharibənin ağır, olduqca çətin dövrlərində hər biriniz öz gücünüzü əsirgəməyib insan üçün ən dəyərli olan həyatınızı riskə ataraq vətənin çağırışına qoşulmusunuz və müharibədə iştirak etmisiniz. Bu, olduqca cəsarət tələb edən bir qərardır. Müharibə itkisiz olmur.
Şəhidlərə və qazilərə ehtiramını bildirən Fuad Nəcəfli deyib ki, belə oğulları tarix hər zaman yetişdirmir. Lakin Naxçıvan torpağı, qədim Azərbaycan torpağı həmişə igid oğullar yetişdirəcək və vətənimizin bütövlüyü, torpaqlarımızın müqəddəsliyi həmin oğulların sayəsində daim qorunacaqdır.
Dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial təminatı istiqamətində mühüm tədbirlər görülür, lakin nə qədər işlər görülsə də, hər zaman azdır.
Dövlət başçımızın bu məsələlərlə bağlı prinsipial siyasət yürütməsinə əmin ola bilərsiniz. Şəhid ailələri və qazilərin sosial təminatının davamlı olaraq yüksəldilməsi bundan sonra da davam etdiriləcəkdir. Bu gün həyata keçirilən tədbirlərin davamı kimi ayrılan vəsait hesabına mənzillər və avtomobillər təqdim olunur. Bu, dövlətin sizə göstərdiyi qayğının təzahürüdür.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək ölkə Prezidentinin Naxçıvanda şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıb.
Sonra Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.
Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir.
Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb. (apa)
Ayxan
Ermənilər Daşkəsən, Şuşa və Xocalını atəşə tutdu
Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərin həbs müddəti uzadılıb
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır