SON XƏBƏRLƏR

Prezidentin səlahiyyətli nümayəndəsi Zəngəzur dəhlizi ilə bağlı Naxçıvandakı qurumlara tapşırıq verib

2023.01.10, 15:43
Prezidentin səlahiyyətli nümayəndəsi Zəngəzur dəhlizi ilə bağlı Naxçıvandakı qurumlara tapşırıq verib

Gunaz.tv

Bunu Ali Məclisin deputatı Ehtimad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O söyləyib ki, Prezident İlham Əliyev çox iradəli şəkildə Zəngəzur dəhlizinin açılması üçün mühüm addımlar atır: "Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də çıxışında Naxçıvan Muxtar Respublikasındakı bütün idarə, müəssisə və təşkilatların bu istiqamətdə fəaliyyətini gücləndirilməsi barədə tapşırıq verdi".

Xatırladaq ki, sessiyada 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiqlənib.

Qeyd edək ki, ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar