SON XƏBƏRLƏR

Prezidentliyə namizəd və daxili işlər nazirinin keçmiş müavini Azərbaycanı hədələyib

2022.09.17, 07:17
Prezidentliyə namizəd və daxili işlər nazirinin keçmiş müavini Azərbaycanı hədələyib

Gunaz.tv

Məhəmməd Xatəmi dövründə daxili işlər naziri olan M. Taczadə  Azərbaycanı təhdid edib.

"İran sərhədləri bizim namusumuzdur. İnanclarla, siz də bizim kimi şiə olub-olmamağınızla işimiz yoxdur.

Əgər bizim şimal sərhəddimizdə dəyişiklik etməyi düşünürsənsə Ermənistanda sənin üçün şiə qəbristanlığı salıb və Şimali Azərbaycan əyalətini İrana birləşdirəcəyik"- Mustafa Taczadə bunu özünün "instagram" səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikası əvəzinə "Şimali Azərbaycan əyaləti", "işğal olunmuş Azərbaycan əyaləti" kimi ifadələr İran mediasında geniş istifadə edilməkdədir.

Özəlliklə fars miliyyətçilərinə və SEPAH-a bağlı media orqanlarında Azərbaycan Respublikasının adının təhrif edilməsi halları artıb və yuxarıda qeyd olunanlarla yanaşı "Bakı cümhuriyyəti" terminindən də istifadə edilir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar