Vyanada İranla aparılan nüvə müzakirələrinə münasibət bildirən Nayef Fəlah Əl-Hacrəf deyib ki, Körfəz Əməkdaşlıq Şurasıvə ona üzv olan ərəb ölkələri Qərblə İran arasında yeni bir nüvə razılaşmasının əldə olunmasının tərəfdarıdır.
“Lakin hesab edirik ki, İranla imzalanacaq hər hansı bir nüvə razılaşması regionun təhlükəsizliyinin qorunacağına zəmanət verməli, Tehranın regional rəftarına nəzarət etməlidir.
Ümid edirik ki, İran beynəlxalq ictimaiyyətin regionda təhlükəsizlik və sabitliyin artırılması səylərinə müsbət və konstruktiv yanaşacaq, bu barədə dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq edəcək”, -deyə Körfəz Əməkdaşlıq Şurasının baş direktoru Nayef Fəlah Əl-Hacrəf bildirib.
A.M