SON XƏBƏRLƏR

Argentinada 4 SEPAH üzvü həbs edilib

2022.08.12, 06:42
Argentinada 4 SEPAH üzvü həbs edilib

Gunaz.tv

Argentina rəsmiləri bu barədə açıqlama verməsələr də, bu ölkənin mediası SEPAH üzvləri və onların saxta Fransa pasportlarının fotolarını yayıb.

Hadisə ilə bağlı dünya mediası müxtəlif xəbərlər dərc edib. Buenos-Ayresin “Primera Edition” qəzeti saxlanılanların iranlı olduğunu və özlərini Argentina hakimiyyətinə “İraq mənşəli” kimi təqdim etdiklərini yazıb.

Bu qəzetetin yazdığına görə, bu şəxslər Hollandiyanın paytaxtı Amsterdama uçmağa hazırlaşarkən Buenos-Ayresdəki Eziza Beynəlxalq Hava Limanında həbs ediliblər və Argentinanın ədliyyə orqanları onların İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqə ehtimalını araşdırır.

Bununla yanaşı məlumatda Argentina təhlükəsizlik rəsmilərinə bu şəxslərlə bağlı “naməlum mənbələrdən” xəbər verildiyi üçün onların həbs edildiyi qeyd olunub.

Argentinanın “İnfobay” saytı bu dörd nəfərin yaşının 20-23 arasında olduğunu və Amsterdamdan Fransaya getmək niyyətində olduqlarını yazıb.

Bu barədə İsrailin “Intel Times” saytı həbs edilən şəxslərin kimliklərinin ifşasından sonra onlara rəhbərlik edənlərin bu dörd nəfəri Argentinadan başqa yerə köçürərək həbslərinin qarşısını almağa çalışdıqlarını bildirib.

“Primera Edition” qəzetinin məlumatına görə, bu 4 nəfərin həbsinə orderi argentinanın məşhur hakimi Federiko Vilina verib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar