SON XƏBƏRLƏR

“Gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”-İlham Əliyev

2022.08.05, 05:16
“Gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”-İlham Əliyev

Gunaz.tv

Bunu Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

“Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”, - deyə dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub.

Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Ayxan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar