SON XƏBƏRLƏR

Şri Lanka həbsxanasında saxlanılan 2 İran vətəndaşı ölüb

2021.10.20, 07:36
Şri Lanka həbsxanasında saxlanılan 2 İran vətəndaşı ölüb

Gunaz.tv

Bu barədə Şri Lankanın “Kolombo Romand” həbsxanasının sözçüsü Çandana Akanayake mediaya açıqlamasında məlumat yayıb.


O deyib ki, hadisə oktyabrın 13-də baş verib.


“Narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq həbsdə saxlanılan bu iki məhbus dezinfeksiyaedici mayeni içəndən sonra ölüblər.

 
Dezinfeksiyaedici mayeni içən və vəziyyətləri pisləşən daha 10 iranlı məhbus da xəstənaya çatdırılıb.


Sözü gedən dezinfeksiyaedici mayeni isə İran İslam Rspublikasının ölkəmizdəki səfirliyi koronavirusdan qorunmaq üçün iranlı məhkumların ixtiyarına qoymuşdu. 


Həmin məhbusların hamısı da narkotik vasitələrin satışı və qaçaqmalçılığında günahlandırılırlar”, -deyə Şri Lankanın “Kolombo Romand” həbsxanasının sözçüsü Çandana Akanayake mediaya açıqlamasında bildirib.


Şri Lanka rəsmiləri İran səfirliyinin koronavirusdan qorunmaq üçün bu ölkədə məhkumluq həyatı yaşayan öz vətəndaşlarına verdiyi və onların zəhərlənməsinə səbəb olduğu dezinfeksiyaedici mayenin tərkibində konkret nəyin olduğu barədə məlumat yamayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar