SON XƏBƏRLƏR

Britaniya İrana 400 milyonluq borcunu ödədi

2022.03.25, 09:27
Britaniya İrana 400 milyonluq borcunu ödədi

Gunaz.tv

“Biz İrana olan borcumuzu ödəməyi prioritet məsələ hesab edirik” - XİN başçısı deyib.

Qeyd edək ki, şah dövründə bağlanmış müqavilə çərçivəsində Tehran Londondan 1500-dən çox tank və zirehli maşın sifariş edib. 

Lakin 1979-cu ildə İranda baş verən İslam İnqilabından sonra Krallıq İranla əvvəlki silah müqaviləsini ləğv edib.

Britaniyanın pulun ödənilməsinə baxmayaraq, sifarişləri çatdırmaması 40 ildən artıqdır ki, iki ölkə arasında problem yaradıb.

İran 2010-cu ildə təhvil verilməmiş tankların pulunu geri almaq üçün başladığı hüquqi mübarizənin qalibi olub.

Böyük Britaniya İrana qarşı tətbiq olunan sanksiyalara görə pulu göndərə bilməyib. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar