SON XƏBƏRLƏR

Britaniya İranda bəhailərə qarşı təzyiqləri pisləyib

2022.08.06, 04:20
Britaniya İranda bəhailərə qarşı təzyiqləri pisləyib

Gunaz.tv

Bəyanatda bəhailərin evlərinin dağıdılması, müsadirə olunması və bəhai icmasının başçılarından olan Əfif Nəiminin həbsinə işarə edilib.

Britaniya Xarici İşlər Nazirliyinin İnsan Haqları, Din və Əqidə Azadlığı bölməsinin başçısı Tariq Əhməd İranda dini azlıqların hüquqlarının pozulmasını insan haqları barədə beynəlxalq paktların pozulması kimi dəyərləndirib.

"İranın bu əməllərinə görə cavabdehlik daşıması üçün beynəlxalq müttəfiqlərimizlə əməkdaşlıq edib, eyni halda məsələni İran hökuməti ilə də müzakirə edəcəyik"-deyə, Tariq Əhməd bildirib.

Bundan öncə bəhai icmasının BMT-dəki nümayəndəsi son vaxtlar İran hökumətinin bəhailərə qarşı təzyiqlərinin yenidən artdığını, ölkənin şümalında bir neçə bəhainin evinin dağıdıldığını və torpaqlarının müsadirə edildiyini deyib.

Cavidan 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar