SON XƏBƏRLƏR

Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

2023.03.29, 06:29
Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

Gunaz.tv

Diplomat bu barədə tviterdə paylaşım edib.

F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub.

"Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram", - Britaniya səfiri vurğulayıb.

Qeyd edək ki, martın 28-də saat 21:51-də F.Mustafa evinin önündə güllələnib. Dövlət Təhlükəsizlik Xidməti bu hücumu terror aktı kimi qiymətləndirib. Parlamentari əməliyyat olunub. Onun həyatına təhlükə olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Günaz.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar