SON XƏBƏRLƏR

Britaniya və Fransa İranda etirazların yatırılmasını pisləyib

2022.11.12, 05:50
Britaniya və Fransa İranda etirazların yatırılmasını pisləyib

Gunaz.tv

Fransa və Böyük Britaniya İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətləri ilə məşğul olmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirəcəklərini və Tehranı Ukraynaya qarşı müharibədə Moskvaya silah dəstəyi verdiyinə görə cavabdehlik daşımağa məcbur edəcəklərinə söz veriblər.

İngiltərə və Fransanın xarici işlər nazirləri Parisdəki görüşlərinin sonunda İran xalqının dinc etirazlarının bu ölkə rejimi tərəfindən zorakılıqla və qanlı şəkildə yatırılmasını pisləyiblər.

Böyük Britaniya və Fransa xarici işlər nazirləri İran xalqının etirazlarını "qanuni" adlandırmaqla yanaşı, İranın Ukraynada mülki əhalini öldürmək və şəhər infrastrukturunu məhv etmək üçün Rusiyaya kamikadze pilotsuz təyyarələr verməsini tənqid ediblər.

Bu bəyanata əsasən, Böyük Britaniya və Fransa xarici işlər nazirləri İranın Yaxın Şərq və digər bölgələrdə sabitliyi pozan fəaliyyətlərinə qarşı çıxmaq, habelə İran istehsalı olan pilotsuz təyyarələrin və raketlərin Ukraynanı işğalı zamanı Moskvaya göndərilməsinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığı gücləndirəcəklərini vəd ediblər.

Ceyms Kleverli və Ketrin Kluni də İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı qəti qərarlı olduqlarını bəyan edib və bu ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qeyri-kafi əməkdaşlıq etməsindən dərin narahat olduqlarını təkrarlayıblar.

İndiyədək Britaniya və Fransa Avropa Birliyinin digər üzvü ölkələri ilə birlikdə İrandakı repressiv qurumlarla əlaqəli bir neçə şəxsə və quruma sanksiya tətbiq edib.

İranlıların İslam Respublikası rejimini devirmək üçün ümummilli qiyamının başlanmasından bəri bir çox Qərb ölkələri, tanınmış şəxslər, sənət adamları və idmançılar iranlı etirazçılara və qadınlara dəstək olaraq reaksiya verib və İran vətəndaşlarına qarşı ölümcül repressiyaları pisləyiblər.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar