Bu ilki təqdimat mərasimi Ankara, İstanbul və Elazığda olub. İdarə Heyətinin 8 yanvar tarixli qərarı ilə Mükafat Komissiyasının irəli sürdüyü namizədlərə ödüllər təqdim edilib.
İdarə Heyətinin 2 iyul 2022-ci il və 2022-7 saylı qərarı ilə Türk Ədəbiyyatı Vəqfinin digər bir ödülü olan “Türk Kültürünə və Türk dilinə Xidmət” mükafatı Güney Azərbaycanlı şair Huşəng Cəfəriyə verilib.
Ödül 4 avqust 2022-ci il, saat 15.00-də Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva və Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayevanın da iştirak etdiyi Türk Ədəbiyyatı Vəqfində düzənlənən Almas İldırımın xatirəsinə həsr olunmuş tədbirin sonunda təqdim edilib.
Ayxan