SON XƏBƏRLƏR

I Türkçülük Çalışmaları sempozyumu

2023.03.28, 14:21
I Türkçülük Çalışmaları sempozyumu

Gunaz.tv

Məqsəd Azərbaycanda Türk millətinin problemlərini ortaya çıxartmaq, bu problemlərin çözüm yollarını tapmaq, roblemləri milli gündəmə daşımaqdır.

Türkçülük Çalışmalarının birincisi üçün üstünlük verilən mövzular bunlardır:

– Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət, milliyət, etnik azlıq anlayışları;

– Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər;

– Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;

– Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; tarixi qəhrəman anlayışının parametrləri; bu siyahıda yer alacaq həqiqi qəhrəmanlarımız;

– Milli günlərimiz və simvollarımız mövzusunun önəmi; bu sahədəki əskiklərimiz;

– Türkçülük-çağdaşçılıq münasibətləri;

– Türkçülüyün İslama münasibəti;

– Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi.

Dəyərli qatılımcılar!

Bu mövzular barədə düşüncəyə sahibi olan dostlarımız canlı, ya da onlayn formatda məruzəçi və (və ya) məqalə müəllifi olaraq proqrama qatıla bilərlər. Konfransda məruzə müddəti ən çox 15 dəqiqədir.

I. Türkçülük Çalışmaları sempozyumu yazı qaydaları, çıxacaq olan sempozyum kitabının yayımına uyğun olaraq aşağıdakı şəkildə bəlirlənmişdir:

Yazı ölçüsü; 12 punto 

Yazı biçimi; Times New Roman

Sətir aralığı; 1,5  

Səhifə sayı; ən çox 5 səhifə.

Tarix, ədəbiyyat, iqtisadiyyat, psixologiya, sosyologiya, kültür, sənət və digər sahələrdə olacaq olacaq olan yazılarda axtarılan əsas şərtlər:

- Yazının fikri/idealojik əsası olacaq

- Türk dünyası, Türkologiya və Türkçülüklə bağlı məsələləri ehtiva edəcək

Birinci Türkçülük Çalışmalarında yer almaq istəyənlər TDB-nin gmail adresi ilə ([email protected]) əlaqə saxlaya bilərlər.

Günaz.TV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar