SON XƏBƏRLƏR

“Erkən nikah və onun fəsadları”-QHT Biləsuvarda tədbir keçirib

2022.04.12, 10:17
“Erkən nikah və onun fəsadları”-QHT Biləsuvarda tədbir keçirib

Gunaz.tv

Layihə çərçivəsində növbəti tədbir  Biləsuvar rayonunda  Heydər Əliyev Mərkəzinin  akt zalında keçirilib.

Bu barədə ictimai birliyin sədri Şəkərxanm Əliyeva məlumat verib.

“Erkən nikah və onun fəsadları” mövzusunda keçirililən tədbiri giriş sözü ilə Gender Bərabərliyi İB-nin sədri və layihə rəhbəri Şəkərxanım Əliyeva açıb. O layihənin  donoru və icraçı  təşkilat haqda ətraflı məlumat verib. 

Bildirib ki, layihənin məqsədi erkən və qeyri-rəsmi nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlar barədə məktəblilər, valideynlər və tələbələr arasında maarifləndirilmə işinin aparmaqla qızların təhsildən yayınmalarının qarşısını almaqdır.
Layihənin hüquqşünası Araz Nurməmmədov layihə ilə bağlı ətraflı məlumat verib. O, layihənin məqsədlərini açıqlayıb.

“Son zamanlar erkən nigahların sayı artıb. Azyaşlını erkən nikaha cəlb edən hər kəs, o cümlədən erkən nikaha məcbur edən valideynlər, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyətinə cəlb olunur.

Cinayət Məcəllsinin176-1 maddəsinə əsasən nikah yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etmənin 3 min manatdan 4 min manatadək cərimə və ya 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

it8qHf0.jpg

“Qızqaçırtma” aktı zamanı bu prosesi hazırlayan və yerinə yetirən bütün şəxslər qanun qarşısında məsuliyyət daşıyır. Qaçırılan şəxsin yaşı 18 dən az olduqda qanunvericiliyə əsasən 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub( Az Res Cinayət məcəlləsi maddə 144)”-deyə, o, bildirib.

Ekspert Ş.Dadaşova erkən nikah, onun səbəbləri və fəsadları barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, nikah –kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. 

“Erkən nikah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən  nikahlar İH-i orqanları tərəfindən qeydə alınmır. Erkən nikahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”-o, qedy edib.

Daha sonra ekspert erkən nikahın səbəbləri (ictimai, psixoloji, maddi )və fəsadları (fiziki və psixoloji travmalar) ilə bağlı məlumat verilib və müzakirələr aparılıb. 

Ş.Əliyeva bildirib ki, təlimdə erkən nikahdan qorunmaq üçün  uşaqlara tövsiyyələr də verilib. İştirakçılar təlimdən razı qalıb.

“Onlar qızların təhsil almasının və hər hansı peşəyə sahib  olmasının vacibliyini  anladılar. Hamılıqla “Erkən nikaha yox”, “Təhsil birincidir”, “Təhsilli ana təhsilli cəmiyyət  deməkdir “ söylədilər. İştirakçılardan Əliyeva Aynur  mövzunun aktual olduğunu vurğulayıb.
O belə bir mövzunu gündəmə gətirdiyinə görə  Azərbaycan Respublikası Qeyri-Hökumət Təkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Gender Bərabərliyi İB-nə təşəkkür edib. 

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və təklifləri qeyd olunub. 

Tədbirdə çaykofe fasiləsi olub.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar