SON XƏBƏRLƏR

Türkün taleyini dəyişən sərkərdə: Böyük Atatürkün anım günüdür  

2021.11.10, 10:11
Türkün taleyini dəyişən sərkərdə: Böyük Atatürkün anım günüdür  

Gunaz.tv

Mustafa Kamal Atatürk 1881-ci il indiki Yunanıstanın Selanik şəhərində dünyaya gəlib. Cümhuriyyət Xalq Partiyasının (CHP) qurucusu və ilk sədridir. Həyatı və ictimai-siyasi fəaliyyəti ən çox tədqiq edilən 100 tarixi şəxsiyyətdən biridir. 

Əvvəlcə Osmanlı, sonra isə Türkiyə ordusunda zabiti kimi uzun müddət qulluq edən Mustafa Kamal Paşa 1923-cü il oktyabrın 29-da Osmanlı dövlətini ləğv edərək Türkiyə Cümhurİyyətini elan edib. 

Türkiyənin ilk prezidenti, görkəmli dövlət xadimi, marşal, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşının öndəridir. 

O daha sonra, müasir Türkiyəni formalaşdıran bir sıra islahatlar həyata keçirib. Ömrünün sonuna qədər 4 dəfə Türkiyə prezidenti olub. Türkiyə tarixində bu vəzifəni ondan daha uzun müddətə daşıyan prezident olmayıb.

Şərəfli tarix yolu keçən Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci il saat 09:05-də tutulduğu sirroz xəstəliyindən İstanbulda Dolmabaxça sarayında vəfat edib.

Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib. Mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülüb. 

Hər il 10-16 noyabrı əhatə edən Atatürk Həftəsində Türkiyədə dahi şəxsiyyətin xatirəsi böyük çoşqu və sevgi ilə anılır.

10 noyabrda 09:05-də Türkiyə daxilində 2 dəqiqə sükutla Atatürk xatirəsinə hörmət duruşu sərgilənir. Ardından parlament binası önündəki bayraqlar xaric, Türkiyədəki bütün rəsmi binalarda və ölkənin xarici nümayəndəliklərində bayraqlar endirilir.

Atatürkün dəfn edildiyi Anıtqəbirə milyonlarla insan axın edir. 

Türkün taleyini dəyişən böyük sərkərdə, dövlət adamı, qurucu lider daim qəlbimizdə yaşayacaq. 
Allah rəhmət eləsin!

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar