Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyi yaradılacaq

01.12.2022, 20:36

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin rəhbəri Yaşar Bahçeci ilə görüşərək onunla Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin yaradılması barədə razılıq əldə edib. Bu barədə AQC-yə istinadən xəbər verir.

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, görüş qardaş ölkədə baş tutub. AQC-nin fəaliyyəti barədə türkiyəli həmkarına məlumat verən V.Oruc bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ticari assosiativ struktura malik ilk kollektiv ictimai birliklərindən biridir, 1999-cu ildən fəaliyyət göstərir. 

Bu ilin may ayında keçirilən konfransdan sonra cəmiyyətin fəaliyyətində ciddi dönüş yarandığını vurğulayan sədr əlavə edib ki, qurum beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və AQC Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi ilə fəal əməkdaşlıq etmək istəyir.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnun olduğunu ifadə edən Y.Bahçeci gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında əməkdaşlıq gücləndirilməlidir: “Məlumdur ki, son vaxtlar Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyəyə çatıb. Müxtəlif sahələrdə əməkdaşlıq müqavilələri imzalanır".

Görüşdə AQC və Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Razılaşmaya əsasən, iki ölkə qiymətləndirmə sertifikatlarının qarşılıqlı tanınmasını, bərabər layihələrin icra edilməsini qərara alıb. Daha bir mühüm məqam isə Türk Dünyası Qiymətləndirmə Mütəxəssisləri Birliyinin ərsəyə gətirilməsi ilə bağlıdır. Qiymətləndirmə sahəsində Türk dövlətlərinin inteqrasiyasını təmin etmək məqsədilə Azərbaycan və Türkiyə hökumətlərinə müraciət edilməsi barədə tərəflər razılığa gəliblər. 

Yeni yaranacaq birliyə Orta Asiyadakı türk dövlətləri və Şimali Kipr Türk Cumhuriyyətinin də qoşulmalarını təmin etmək üçün birlikdə fəaliyyət göstərilməsi razılaşdırılıb.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

 “Özümüz” proqramında müzakirə: “Zəlzələnin dərdini çəkək, yoxsa dövlətin şərrini” - VİDEO

2023-02-01

gun az article

“Azərbaycan, başın sağ olsun”-Təbriz Universitetində Bakıya dəstək aksiyası keçirilib

2023-01-31

gun az article

İranda 7 məhbus qadın edamların dayandırılmasını istədi

2023-01-31

gun az article

“Parlaq gələcək”: “Azərbaycan səfirliyinə terror saldırısının pərdəarxası” və "Xoyda insani fəlakət" -VİDEO

2023-01-31

gun az article

Milli fəal Əbülfəz Paşazadə həbs cəzasına məhkum edilib

2023-01-31

gun az article

“Azadlıq səsi”- “Azərbaycanın Tehrandakı səfirliyinə terrorun pərdəarxası” və “Xoy şəhərində zəlzələ”- VİDEO

2023-01-30

gun az article

Günaz.TV-də müzakirə: “Xoyda zəlzələ fəlakəti” -VİDEO

2023-01-30

gun az article

Güneyli rejissor Xoy zəlzələsi ilə bağlı çağırış etdi

2023-01-30

gun az article

Təbrizdə zəlzələdən zərər görənlərə yardım mərkəzi yaradılıb

2023-01-30

gun az article

Ərdəbil Universitetində Pişəvərinin fotoları yayıldı

2023-01-30

gun az article

Xiyavda işçilər etiraz aksiyası keçiriblər

2023-01-30

gun az article

Güneylilər Tehranda Azərbaycan səfirliyinin qarşısına gül çələngləri qoyub

2023-01-30

gun az article

Xoyda yenidən zəlzələ oldu

2023-01-29

gun az article

Güneyli xanım fəal həbsxanaya köçürülüb

2023-01-29

gun az article

Xoyda zəlzələ: İran dövləti güneyli soydaşlarımızı planlı şəkildə soyuqdan dondurur-VİDEO

2023-01-29

gun az article

Xoy zəlzələsində ziyan görənlərin sayı artıb-FOTOLAR

2023-01-29

gun az article

Xoydakı zəlzələnin törətdiyi fəsadlar-FOTOLAR

2023-01-29

gun az article

Tufarqanda güclü yanğın

2023-01-29

gun az article

“Dəyirmi masa”da müzakirə: “Azərbaycan böyükelçiliyinə silahlı saldırı”-VİDEO

2023-01-29

gun az article

Həmədanda hərbi hava qüvvələrinin bazasına hava hücum olub

2023-01-29