SON XƏBƏRLƏR

Türkcə çəkilmiş “Atabay” filmi Təbrizdə coşğu ilə qarşılanıb-VİDEO

2021.11.25, 12:05
Türkcə çəkilmiş “Atabay” filmi Təbrizdə coşğu ilə qarşılanıb-VİDEO

Gunaz.tv

Rejissoru Niki Kərimi olan, Təbrizin “Setarebaran” kinoteatrında nümayiş olunan filmi izləmək istəyənlərin sayı çox olduğundan bilet çatışmazlığı yaranıb.

Filmin nümayişindən öncə çıxış edən güneyli rejissor Niki Kərimi ekran əsərinin ərsəyə gəlməsində üzə çıxan çətinliklərdən danışıb.

 Niki Kərimi türkcə çəkdiyi filmə, Azərbaycan mədəniyyəti üçün iş gördüyünə görə qürur duyduğunu bildirib.

"Atabay" filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib.

Film güneyli rejissor Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır.

"Atabay" filmi İranın ilk kino jurnalı olan və kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr Kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar