SON XƏBƏRLƏR

Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib

2022.01.05, 13:36
Türkiyə XİN Qazaxıstandakı etirazlara münasibət bildirib

Gunaz.tv

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir.

“Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. 

Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələrdə hüquq-mühafizə orqanları əməkdaşları daxil olmaqla yaralanan qazax qardaşlarımıza şəfa diləyirik”, - məlumatda qeyd olunub. (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar