SON XƏBƏRLƏR

Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 28 nəfərə çatıb

2022.10.15, 05:56
Türkiyədə mədəndəki qəzada ölənlərin sayı 28 nəfərə çatıb

Gunaz.tv

Bu barədə "Haber Global"a istinadən xəbər verir.

Partlayış nəticəsində həyatını itirənlərin sayı 28 nəfərə çatıb.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, yaralılardan 11-nin müalicəsi davam etdirilir.

Partlayış baş verən vaxt mədəndə 110 işçi olub ki, onların da 49-u riskli bölgələrdə yerləşib. Hazırda axtarış-xilasetmə işləri davam edir.

Partlayışla bağlı cinayət işi açılıb, tədqiqat aparılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın vilayətində partlayış baş verən mədənə baş çəkəcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar