SON XƏBƏRLƏR

Türkiyə məhkəməsi iranlı media fəalının qatilinə ömürlük həbs cəzası verdi

2022.07.07, 09:50
Türkiyə məhkəməsi iranlı media fəalının qatilinə ömürlük həbs cəzası verdi

Gunaz.tv

Məhkəmə qətlə suçlandırılan cinayətkarların həbs cəzasına məhkum edilməsi barədə hökm çıxarıb.

Qərara əsasən, sui-qəsdin əsas icraçısı olan Əbdülvəhab Kuçak ömürlük həbs cəzası alıb. Cinayət işində ümumilikdə 14 nəfər təqsirkar bilinib və digər 3 müttəhim dünən məhkəmənin qərarı ilə 15 il, 12 il və 6 ay müddətinə azadlıqdan məhkum edilib.

Qərb mətbuatının məlumatına görə, iki İran kəşfiyyatçısı Məsud Moləvinin öldürülməsinə göstəriş verib və İran kəşfiyyat xidmətinə bağlı olan kürd əsilli İran vətəndaşı Naci Şərifi Zindəşti bu qətlin ortağı olub.

İstanbul I İnstansiya Məhkəməsinin qərarı ilə İranın Türkiyədəki konsulluğunun əməkdaşı Məhəmmədrza Nasirzadə və bu iş üzrə digər təqsirləndirilən şəxslər Əli İsfəncani və Naci Şərifi Zindəştinin cinayət işinə də ayrıca baxılacaq.

Bir müddət əvvəl Türkiyənin “Sabah” qəzeti yazıb ki, iranlı diplomat Məhəmmədrza Nasirzadə Məsud Moləvi Vərdaəcanini öldürmək planının təşkilatçısı olan Əli İsfəncaninin Türkiyədən İrana qaçaq keməsi üçün saxta şəxsiyyət sənədlərini təhvil verməkdə ittiham olunur. 

Xatırladaq ki, Məsud Moləvi Vərdəncani 2019-cu il noyabrın 14-də İstanbulun Şişli bölgəsində odlu silahla qətlə yetirilib. Qatili onu ürəyindən və ayağından vuraraq öldürmüşdü.

Həmin vaxt Türkiyənin "Sabah" qəzeti yazmışdı ki, Məsud Moləvi İran kəşfiyyatının sabiq agentlərindən olub. O, Türkiyəyə gəldikdən sonra sosial şəbəkə vasitəsilə İranın dövlət rəsmilərinin korrupsiya əməlləri barədə məlumatları ifşa edirdi.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar