SON XƏBƏRLƏR

Türkiyədən sensasion bəyanat: Dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər

2021.12.23, 11:48
Türkiyədən sensasion bəyanat: Dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər

Gunaz.tv

“Ahlatçı İnvestment” fond birjasının baş direktor müavini Tonquç Erbaş “A Haber”in efirində dolların məzənnəsi ilə bağlı sensasion açıqlama verib.

Ərbaş bildirib ki, ilin sonuna kimi dollar 5-6 lirəyə kimi ucuzlaşa bilər.

Xatırladaq ki, Türkiyə rəsmiləri türk lirəsinin ucuzlaşması fonunda ixracatçı şirkətlər üçün forvard məzənnəsi təqdim edəcək. Bunu bazar ertəsi, dekabrın 20-də prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyə liderinin açıqlamasından sonra dolların ucuzlaşması 30 faizi ötüb. Ekspertlərin fikrincə, iqtisadiyyatın yeni modeli tətbiq olunmağa başlayan kimi bazar tarazlığa gələ bilər. (virtualaz.org)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar