SON XƏBƏRLƏR

Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

2022.06.25, 08:27
Türkiyədə İrana bağlı daha 3 terror qrupu həbs edilib

Gunaz.tv

Mənbənin bildirdiyinə görə, sözügedən iranlı qruplaşmalar ötən həftə İstanbulda israillilərə hücum əməliyyatı zamanı ələ keçiriliblər. 

Mənbə qeyd edib ki, İranın göndərdiyi agentlər qrupu hələ də Türkiyədə İsrail vətəndaşlarına zərər vurmağa çalışırlar və İsrail vətəndaşlarına Türkiyəyə səyahət xəbərdarlığı hələ də qüvvədədir. 

Sözügedən mənbənin sözlərinə görə, Türkiyədə artıq təhlükə olmadığı və bu terror qruplarının təhlükəsinin zərərsizləşdirilməsi ilə bağlı dəqiq kəşfiyyat və təhlükəsizlik nəticələri əldə edildikdə, səyahət xəbərdarlığı dərhal ləğv ediləcək və təhlükəsizlik səviyyəsi aşağı salınacaq. 

“İsrailin ötən cümə axşamı vəzifəsindən uzaqlaşdırılan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Tayebin bu işə qarışması ilə bağlı təbliğatı onu ciddi səhvlərə yol verməyə sövq etdi”-deyə, İsrail kəşfiyyat xidmətinin rəsmisi bildirib.

Qeyd edək ki, Türkiyə İsrail hökumətini bu ölkənin vətəndaşlarının səyahət xəbərdarlığını ləğv etməyə çağırıb.

Rəsmi Ankaranın fikrincə, bu, digər ölkələrdən Türkiyəyə gələn turistlərə də mənfi təsir göstərir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar