Türkiyədə "İranda türkcə yer adları" kitabı nəşr edilib

09.08.2022, 09:18

Türkiyədə “İranda türkcə yer adları” adlı böyük həcmli bir kitab nəşr edilib. "Ötüken" nəşriyatı tərəfindən yayımlanan kitab Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərindəki yer adlarına həsr edilib.

Gunaz.tv Quote | Gunaz article

1327 səhifəlik kitabın müəllifləri Nasir Xaze Şahgölü və Vəliullah Yaqubi, redaktoru isə Umut Başardır. Kitab Türkiyə dövlətinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) və İran Araşdırmaları Mərkəzinin (İRAM) dəstəyi ilə çap edilib.

Ötüken Nəşriyyatının veb səhifəsində yazılanlara görə, kitabda dörd əyalətdəki türkcə yaşayış yerlərinin adları (oykonimlər), eləcə də şəhərlərin önəmli məhəllə və rayon adları ilk dəfə toplanaraq tədqiq edilib.

“İranda türkcə yer adları” kitabında tədqiq edilən 10,573 yaşayış yerindən 5,315 yerin adının türkcə və ya monqolca olduğu müəyyən edilib.

Monqol adlarının sayca məhdud (cəmi 224 ədəd), ancaq əhəmiyyət baxımından diqqətəlayiq olduğu qeyd edilib. Əsərdə həmçinin yer adlarının strukturu və müəyyən edilmiş əsas adlandırma ənənələri linqvistik baxımdan ələ alınıb.

Güney Azərbaycanda mədəni fəallar və bəzi yerli siyasətçilər illərdir müxtəlif bölgələrdə yerlərin tarixi türk adlarının dəyişidirilməsinə etiraz edirlər.

Pəhləvi dönəmindən bəri Güney Azərbaycan başda olmaqla İranın müxtəlif bölgələrində adı türkcə olan bir çox şəhər, kənd, çay, dağ və digər yerlərin adları farscaya dəyişdirilib.

2014-cü ildə Qərbi Azərbaycan vilayətinin o vaxtkı vali müavini Hadi Bahadıri Pəhləvi dönəmi və ondan sonra 2000-ə yaxın tarixi türk adının dəyişdirildiyini qeyd etmişdi.

Güney Azərbaycan və Tehranda bir çox ailə uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi almaqda da çətinlik çəkirlər. Bəzi ailələr şəxisyyət vəsiqəsi ala bilmək üçün aylarla və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.

Keçən mart ayında İranın Mədəniyyət və İslami İrşad naziri Məhəmməd Mehdi İsmaili fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcəyini bildirmişdi.

Tehran polisi isə daha əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin yasaq olduğunu açıqlamışdı. (Amerikanın səsi)

Timur
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizli fəal müvəqqəti azadlığa buraxılıb

2022-09-30

gun az article

Məlikanda azərbaycanlı fəal Əmir Sadiqiyan həbs edilib

2022-09-29

gun az article

"Qadınlar basqılara qarşı 43 illik mübarizədən əldə etdikləri təcrübə ilə küçəyə çıxıblar"-Jalə Təbrizli

2022-09-29

gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27