SON XƏBƏRLƏR

Türkiyə ilə İran arasında ticarət dövriyyəsi azalıb

2022.07.01, 08:11
Türkiyə ilə İran arasında ticarət dövriyyəsi azalıb

Gunaz.tv

Həmçinin, hər iki tərəfin münasibətlərin səviyyəsinin yüksəldilməsi ilə bağlı ciddiliyini aydınlaşdırmaq üçün Ankaranın işgüzar nümayəndə heyəti bu həftə Tehran Ticarət Palatasında olub.

Ancaq araşdırmalar göstərir ki, Türkiyə və İran 30 milyard dollarlıq ticarət hədəfinə hələ çata bilməyib, həm də bu keçmişlə müqayisədə daha da azalıb.

"İran və Türkiyə arasında ticarət əlaqələrinin səviyyəsi əvvəlki illərlə müqayisədə azalıb.

İllik ticarət səviyyəsinin 30 milyard dollar nəzərdə tutulmasına baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr 2015-ci ildən bəri təxminən 10 milyard dollara qədər azalıb"-deyə, Təbriz Ticarət Palatasının nümayəndə heyətinin üzvü Rza Kami "Ticarat News"a verdiyi açıqlamada bildirib.

O, İranın ticarət göstəricilərinin həmişə balanslı olmadığını,  rəqəmlər və statistikaların davamlı dəyişdiyini deyib və müxtəlif siyasi, kommersiya, dünya şəraiti və makroiqtisadiyyatın İran və Türkiyənin ticarət səviyyəsinin aşağı düşməsinə səbəb olduğunu qeyd edib.

"Ancaq belə görüşlərin keçirilməsi işgüzar əlaqələrin inkişafı üçün səmərəli ola bilər. İran və Türkiyə arasında illərdir ticarət və tarif müzakirələri getməsinə baxmayaraq heç bir nəticə əldə edilmir"-deyə, Kami müsbət heç nəyin gözlənilmədiyinə işarə edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar