SON XƏBƏRLƏR

Türkiyə istehsalı olan PUA-lar Vətən müharibəsində düşmənin 900-ə yaxın hədəfini məhv edib

2021.11.08, 11:52
Türkiyə istehsalı olan PUA-lar Vətən müharibəsində düşmənin 900-ə yaxın hədəfini məhv edib

Gunaz.tv

Məlumatı Türkiyənin “TRTHaber” televiziyası yayıb.

Telekanal 44 günlük Vətən müharibəsində qardaş ölkənin istehsalı olan PUA-ların rolu haqqında süjet hazırlayıb.

Qeyd olunub ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: "Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını dəyişdirib".

Bildirilib ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.

"PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib", - məlumatda qeyd edilib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar