Türkiyə koronavirusla mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib

2020-07-06 17:50

İyulun 5-də qardaş ölkə Türkiyə yeni növ koronavirusla (COVID-19) mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.

Gunaz.tv Quote | Gunaz article

AZƏRTAC xəbər verir ki, yardıma 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxildir.

 

Qardaş ölkənin bu addımının yüksək qiymətləndirildiyini vurğulayan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan və Türkiyə hər bir məsələdə olduğu kimi, COVID-19-a qarşı mübarizədə də birlikdədirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təşəbbüsü ilə Azərbaycana çatdırılan bu yardım, bizim qardaşlığımızın bariz nümunəsidir. Azərbaycan və Türkiyə beynəlxalq müstəvidə də COVID-19-a qarşı mübarizədə birgə səy göstərirlər. Azərbaycan da 30-dan çox ölkəyə yardım göndərib, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına da dəstək göstərib”.

 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında sıx əlaqələrin olduğunu bildirib. Qeyd edib ki, Türkiyə koronavirus pandemiyasının yayılmasından bu günə qədər yüzə yaxın ölkəyə tibbi, qoruyucu ləvazimat yardımı göstərib, dərman preparatları göndərib.

 

Səfir vurğulayıb ki, Türkiyə virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir: “Bu gün etdiyimiz bu yardım qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakteri daşıyır. Aramızdakı yaxın münasibətlərin nəticəsi olan bu yardım, iki ölkənin dövlət başçıları – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlıqlarının təzahürüdür. Fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımızın yaxınlarına  başsağlığı verir, xəstələrə tez bir zamanda şəfa diləyirik”.

 

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

XİN erməni əsilli livanlıların işğal olunmuş ərazilərə köçürülməsi ilə bağlı məlumatlara münasibət bildirib

2020-08-09

gun az article

Türkiyənin vitse-prezidenti və Xarici İşlər naziri Livana səfər edib

2020-08-08

gun az article

Tramp "WeChat" və "TikTok" şəbəkələrini qadağan edən sərəncam imzalayıb

2020-08-07

gun az article

Serbiya Prezidenti Azərbaycan Prezidentinə zəng edib

2020-08-07

gun az article

MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

2020-08-07

gun az article

Səfir Elin Süleymanov: Ermənistanla münaqişə və regional təhlükəsizlik

2020-08-07

gun az article

Türkiyə lirəsi dollar və avro qarşısında ən aşağı həddə düşüb

2020-08-06

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı 150-dən aşağı düşüb, 435 nəfər sağalıb

2020-08-06

gun az article

Pentaqon rəhbəri: “Bir çoxları Beyrutdakı partlayışın qəza səbəbindən baş verdiyinə inanır”

2020-08-06

gun az article

Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatıb, 250-si yaralanıb

2020-08-06

gun az article

COVID-19 bitməmiş Çində yeni virus meydana gəldi – Artıq 7 nəfər ölüb

2020-08-06

gun az article

Ermənistanda yol qəzasında bir hərbçi ölüb, 3 hərbçi yaralanıb

2020-08-06

gun az article

Beyrutda partlayışda ölənlərin sayı 113-ə çatıb

2020-08-05

gun az article

Azərbaycanda daha 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib

2020-08-05

gun az article

Beyrut partlayışlarında azı 73 nəfər ölüb, 3700-dən çox insan yaralanıb- VİDEO

2020-08-05

gun az article

Beyrut limanındakı güclü partlayışın səbəbi məlum olub

2020-08-05

gun az article

Məşhur isveçli müğənni Zara Larsson uyğurlara dəstək olaraq “Huawei” ilə əməkdaşlığına son qoyub

2020-08-04

gun az article

İrandan Azərbaycana gətirilmiş 10 kq narkotik vasitə dövriyyədən çıxarılıb

2020-08-04

gun az article

Beyrutda güclü partlayışlar baş verib- VİDEO

2020-08-04

gun az article

Netanyahu: “İsrailə qarşı hər hansı bir hücuma cavab veriləcək”

2020-08-04