SON XƏBƏRLƏR

Ərtoğrul Sağlamla "Traxtur" rəhbərliyi arasında mübahisə yaranıb

2022.06.03, 10:15
Ərtoğrul Sağlamla "Traxtur" rəhbərliyi arasında mübahisə yaranıb

Gunaz.tv

Bundan öncə xaricdən gələn bütün təkliflərə mənfi cavab verdiyini və "Traxtur"da qalmaq istədiyini deyən türkiyəli baş məşqçiyə nəzərdə tutulan vəsait ödənilməyib.

Klubun iddiasına görə 1.5 il üçün andlaşmada 650 min üstündə razılığa gəlindiyi halda Ərtoğrul Sağlam sonradan 1 milyon, narazılıq yarandıqdan sonra isə 800 min dollar istəyib.

“Traxtur”un sahibi Məhəmmədrza Zunuzi klubun 22-ci mövsümə bağlanması ilə bağlı bütün məsələləri klubun İdarə Heyətinə həvalə edib. 

Buna görə klubun Ərtoğrul Sağlamın komandaya başçılıq etməsini istəmədiyi üçün bəhanələr irəli sürdüyü ehtimal edilir.

Qeyd edək ki, bir neçə gün öncə Ərtoğrul Sağlam mediaya verdiyi açıqlamada Ərəbistan və Qətərdən təkliflər almasına baxmayaraq Təbrizdə qalmaq, "Traxtur"u çempion görmək istədiyini deyib.

“"Traxtur" tərəfdarları üçün adi futbol komandasından ötədir. Onlar "Traxtur"la nəfəs alır, onunla yaşayırlar”-deyə, Sağlam bildirib.

Ehtimal edilir ki, Ərtoğrul Sağlamın illərdir İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH)  komandirlərinin nəzarətinə keçən "Traxtur" komandası ilə bağlı dedikləri rəhbərliyin xoşuna gəlmədiyi üçün türkiyəli baş məşqçini vaxtından əvvəl yola salmaq istəyirlər.

Məsələ ilə bağlı Ə.Ərtoğrul sağlam hələlik hər hansı bir açıqlama verməyib.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar