Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

24.05.2022, 12:45

Təbrizin "Traxtur" futbol klubunun türkiyəli baş məşqçisi Ərtoğrul Sağlam "Persepolis"lə oyunda yaranan gərginliyə görə İran Futbol federasiyasına xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

"Traxtur"u sevən heç bir tərəfdarın meydana yad əşya atmaq istəmədiyini, bunu kimlərinsə bilərəkdən təşkil etdiyini vurğulayan Sağlam Futbol Federasiyasının məsələ ilə bağlı qərarının İran futbolunun gələcəyinə təsir edəcəyini söyləyib.

Ə.Sağlam deyib ki, bütün video-görüntülərdə "Persepolis" komandasının üç oyunçusunun gərginliyin yaranmasında xüsusi rol oynadığı aydın görünür.

“Oyun dayandırıldıqdan, gərginlik yatırıldıqdan qısa müddət sonra "Persepolis" oyunçularından meydana qayıtmağı istəsək də, onlar bundan imtina etdilər. Onlar oyunu davam etdirmək niyyətində olmadıqlarını bildirdilər”-deyə, Ərtoğrul Sağlam rəqib komandanın oyunun yarımçıq qalmasında maraqlı olduğuna işarə edib.

Qeyd edək ki, İran Premyer Liqasının 29-cu həftəsinin qarşılaşmaları çərçivəsində bu gün Təbrizdə "Traxtur" və Şirazın “Fəcri Şəhid Sepasi” komandalarının görüşü Təbrizdə təhlükəli hava çirkliliyi səbəbindən ləğv edilib.

Mayın 19-da Təbrizin “Səhənd” (Yadiqari İmam) stadionunda "Traxtur" və Tehranın "Persepolis" komandaları arasında baş tutan qarşılaşma gərginlik yarandığı üçün yarımçıq dayandırılıb.

Xatırladaq ki, Tehran komandasının oyunçularının "Traxtur" tərəfdarlarına qarşı qeyri-etik davranışları oyunçular və stadiona toplaşanlar tərəfindən etirazlarla qarşılaşıb. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda kitabxana çatışmazlığı: Problem xeyriyyəçilərin hesabına həll edilir

2022-07-06

gun az article

Şərqi Azərbaycanda yüzlərlə kənd boşalıb

2022-07-06

gun az article

"Urmu gölünə qoyulan sərmayə fars dilinin inkişafına xərclənməlidir"- Qulaməli Həddad Adil

2022-07-06

gun az article

"İnternetə qadağa mənfi nəticələr doğuracaq"-Millət vəkili

2022-07-06

gun az article

Süngün mis mədənində narazı işçilər həbs edilib-VİDEO

2022-07-06

gun az article

"Urmu gölü can verir"-Urmuda divarlara milli şüarlar yazıldı

2022-07-06

gun az article

Vərziğanda qarşıdurma: Evi uçurulan kənd sakinləri etiraza qalxdı

2022-07-06

gun az article

Urmu gölü ilə bağlı növbəti aksiya:Şəhərdə vərəqələr yayıldı

2022-07-06

gun az article

“Parlaq gələcək”də müzakirə: “Urmu gölü mənabeyimizin talanması” və “Urmu gölü” -VİDEO

2022-07-05

gun az article

Təbrizin qadınlardan ibarət "Ana sport" futbol klubu yeni uğur qazanıb

2022-07-05

gun az article

Qərbi Azərbaycan adambaşına düşən idman sahəsinə görə sonuncu yerdədir

2022-07-05

gun az article

Ərdəbildə yüzlərlə kəndə içməli su qıtlığı yaranıb

2022-07-05

gun az article

Zənganda etiraz aksiyası keçirilib

2022-07-05

gun az article

"Urmu gölünün qurumasına seyrçi qalmayacağıq"- Qərbi azərbaycanlı fəallardan xəbərdarlıq

2022-07-05

gun az article

Qərbi Azərbaycan əyalətində koronavirusa yoluxma halları artıb

2022-07-04

gun az article

Horandda tarixi əsər qaçaqmalçıları saxlanılıb

2022-07-04

gun az article

Fars şovinistləri Azərbaycan Mis Şirkətinin yaradılmasına qarşı çıxır

2022-07-04

gun az article

Mərənddə ağır yol qəzası baş verib

2022-07-04

gun az article

"9-10 yaşlı qızların ərə verilməsi problemə çevrilib"-Qəzvin Təhsil İdarəsinin rəsmisi

2022-07-04

gun az article

İrandan beyin axını davam edir: "Universitet müəllimləri ölkədən qaçır"-Millət vəkili

2022-07-04