Türkiyəli iş adamı Təbrizdə 10 min nəfərlik iş yeri açır

03.02.2022, 19:08

Bu barədə Şərqi Azərbaycan əyalətinin valisi məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm türkiyəli iş adamının “Səhlan Xüsusi İqtisadi Bölgəsi”ndə ixtisaslaşmış sənaye şəhərciyi tikməyə hazır olduğuna işarə edərək onun əyalətin durumundan yetərincə məlumatlı olduğunu deyib.

“Səhlan Xüsusi İqtisadi Bölgəsi” nisbətən əlverişli infrastrukturun mövcudluğuna görə investisiya, istehsal və sənaye fəaliyyətləri üçün əlverişli platformadır”-deyə, vali türkiyəli iş adamı ilə keçirdiyi toplantıda bildirib.

“Səhlan Xüsusi İqtisadi Bölgəsi”ndəki sənaye şəhərciyi layihəsinin İran və Türkiyənin güclü şirkətlərinin iştirakı ilə həyata keçiriləcəyini qeyd edən türkiyəli sərmayəçi bu layihənin işə salınması ilə 10 min iş yerinin açılacağı barədə məlumat verib.

“Şərqi Azərbaycanın müxtəlif elmi və sənaye sahələrində bacarıqlı, ixtisaslaşmış gənclər var. Səhlandakı investisiya layihəsi ənənəvi fəaliyyətlərdən fərqli olaraq texnologiyaya əsaslanacağna görə, Universitetlərin və elmi-texnoloji mərkəzlərin əməkdaşlığına ehtiyacımız var”-deyə, türkiyli iş adamı bildirib.

Qeyd edək ki, əyalətin məsul qurumlarının başçılarının iştirakı ilə keçirilən toplantıda layihənin texniki-icra xarakteristikası, onun tələbləri və infrastrukturuna baxılıb.

“Səhlan Xüsusi İqtisadi Bölgəsi” Təbrizdən 15 km aralıda, İran-Avropa tranzit yolunun üzərində yerləşir. Bu bölgə qədim İpək Yolu üzərində yerləşdiyinə görə çoxdan xüsusi və strateji mövqeyə malik olub, iş adamları və iqtisadi fəallar tərəfindən diqqətdə saxlanılıb.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18