Türkiyəli professor: "Ermənistan törətdiyi cinayətlərə görə beynəlxalq tribunalda cavab verməlidir"

05.11.2021, 13:09

"Vətən müharibəsi dövründə Azərbaycan xalqı burada hansı acıları yaşadısa, biz Türkiyədə eyni hissləri keçirdik".

Gunaz.tv Quote | Gunaz article

Bunu Altınbaş Universitetinin rektoru, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan ADA Universitetində "44 günlük Zəfər Yolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyənin bütün ərazilərində iki ölkənin bayrağı yanaşı dalğalanırdı: "Sizin qazandığınız qələbə türk millətinin qəlbən qeyd etdiyi zəfər oldu.

Yüksək bacarıqlı silahlar, hərbi qüvvələr ola-ola Azərbaycan Ordusunun cəsarəti olmasa, bu qələbə qazanıla bilməzdi. Müharibəni qazanmaq üçün ürək lazım idi. Azərbaycan vətəndaşları da bu əzmi göstərərək canları bahasına buna nail oldular. 

Onların ruhu qarşısında baş əyirəm. Bu müharibə zamanı və sonra mükəmməl ictimai diplomatiyanın şahidi olduq. Prezident İlham Əliyevin beynəlxalq mətbuata verdiyi müsahibə mühüm əhəmiyyətə malik idi. Müharibədən sonra işğaldan azad edilən ərazilərin görüntülərinin nümayişi ilə orada törədilən vəhşiliyi gördük.

Erməni lobbisindən tək Azərbaycan yox, eləcə də Türkiyə hökuməti əziyyət çəkib. Baxmayaraq ki, əlimizdə fakt var, haqlı olduğumuzu bilsək də, sübut edə bilməmişik".

Rektor bildirib ki, Ermənistan 30 il ərzində işğal etdikləri əraziləri tamamilə dağıdıb: "İki dəfə Qarabağa səfər etmişəm və gözlərimlə oradakı vəziyyəti gördüm. Həyatımda heç vaxt belə mənzərə ilə rastlaşmamışdım. Bu, beynəlxalq hüququn pozulmasıdır.

Bax bu məsələlər üzərində işləməliyik. Cavabdeh şəxslər mütləq şəkildə beynəlxalq tribunal qarşısında cavan verməlidirlər. Çünki baş verənlər hərbi cinayətdir. Qarabağ artıq Azərbaycanın tərkib hissəsidir". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Üsküdə tarixi əşya qaçaqmalçıları həbs olunub

2021-12-09

gun az article

Xudafərində kənd məktəbinin bərbad vəziyyəti müzakirələrə səbəb olub

2021-12-09

gun az article

Milli fəalın işi Apellyasiya Məhkəməsinə göndərilib

2021-12-09

gun az article

Təbrizli millət vəkilindən İranın neft nazirinə xəbərdarlıq

2021-12-09

gun az article

Qəzvində bələdiyyə başçısı həbs olunub

2021-12-09

gun az article

Sərəskənddə telekomunikasiya xidməti yararsız vəziyyətdədir

2021-12-09

gun az article

Ana dilində təhsil mübahisəsi: Təbrizili deputat Əhməd Nadirini konstitusiyaya qarşı çıxmaqda ittiham etdi

2021-12-09

gun az article

Qarabağa görə həbs olunan ərdəbilli fəallarla bağlı məhkəmə qərarı qüvvədə saxlanılıb

2021-12-09

gun az article

Ərdəbildə torpaq çökməsi böhran həddinə çatıb

2021-12-08

gun az article

Qəzvin və Həmədanda tarixi yer və əşyalar qeydiyyata alınıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda AİDS xəstələrinin sayı açıqlandı

2021-12-08

gun az article

Həmədan və Qəzvin əyalətlərinin kəndlərində içməli su qıtlığı yaranıb

2021-12-08

gun az article

Millət vəkili qeyri-fars dillərində tədrisi təhlükəli adlandırıb

2021-12-08

gun az article

Mədəniyyət Nazirliyindən mürtəce qərar: Mərənddə kitab sərgisinə icazə verilmədi

2021-12-08

gun az article

Zənganda koronavirus statistikası təhrif olunur

2021-12-08

gun az article

Urmu İranın havası çirkli olan 10 şəhəri siyahısında

2021-12-08

gun az article

Təbrizdə Qacarlar dönəminə aid tarixi tikili dağılmaq üzrədir

2021-12-08

gun az article

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021-12-08

gun az article

Qərbi Azərbaycanda həbslər: Urmu Şəhər Şurasının üzvləri saxlanılıb

2021-12-08

gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07