SON XƏBƏRLƏR

Türkiyə KİV: “Zəngəzur dəhlizi addım-addım reallaşır”

2023.03.06, 17:26
Türkiyə KİV: “Zəngəzur dəhlizi addım-addım reallaşır”

Gunaz.tv

Bu barədə “TRT Haber”in saytında yer almış “Zəngəzur dəhlizi addım-addım reallaşır” sərlövhəli məqalədə bildirilib.

Yazıda xatırladılıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad edib:

“Tarixi ərazilərdə yenidənqurma işləri həyata keçirildi, yeni yollar salındı. Mütəxəssislərin fikrincə, Zəngəzir dəhlizi kifayət qədər əhəmiyyətlidir”.

Məqalədə, həmçinin bildirilib ki, Vətən müharibəsi Zəngəzur dəhlizinin açılmasına şərait yaradıb:

“Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə ilə Rusiya arasında quru və dəmiryolu inşa ediləcək”.

 

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar