SON XƏBƏRLƏR

Türkiyənin Van əyalətinə gedən turistlərin 70 faizi iranlılardır

2022.08.16, 07:37
Türkiyənin Van əyalətinə gedən turistlərin 70 faizi iranlılardır

Gunaz.tv

"Anadolu" xəbər agentliyinə açıqlama verən Uslunun sözlərinə görə, cari ilin ilk 7 ayı ərzində Van əyalətinə gedən 317292 min nəfərin 226435 min nəfəri iranlı olub.

O, Van şəhərində olan hotelllərin 95%-nin dolu olduğunu, İran vətəndaşları ilə yanaşı Cənubi Koreya, Ermənistan və İraq vətədaşlarının da Van şəhərinə ən çox gedən turistlər siyahısında olduqlarını bildirib.

Bir neçə gün öncə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Türkiyəyə səfər edən iranlıların sayı açıqlayıb.

Ərsoyun verdiyi məlumata görə, bu ilin ilk yarısnda bu ölkəyə 1 milyondan çox iranlı səfər edib.

Onun dediyinə görə, bu 2022-ci ildə türkiyəyə təxminən 16 milyon 400 min turist gəlib və bu ötən ilin oxşar dövrü ilə müqayisədə 186 faiz çoxdur.

Mehmet Nuri Ərsoy Türkiyəyə ən çox səfər edən turistlərin Almaniya, Rusiya, İngiltərə, Bolqarıstan və İrandan olduqlarının bildirib.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar