SON XƏBƏRLƏR

Türkiyənin "Yeni Şəfəq" qəzeti: "Qərbi Azərbaycanda əhalisinin tərkibini dəyişmək PKK-nın məqsədlərindən biridir"

2022.07.14, 10:40
Türkiyənin "Yeni Şəfəq" qəzeti: "Qərbi Azərbaycanda əhalisinin tərkibini dəyişmək PKK-nın məqsədlərindən biridir"

Gunaz.tv

"Suriyaya insanları köç etməyə məcbur edən və bir çox bölgələrin cəmiyyət tərkibini dəyişdirən PKK terror qruplaşması eyni ssenarini İranın Türkiyə sərhədinə yaxın kəndlərində də həyata keçirir"-deyə, qəzet bildirib.

Son günlər Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin Avacıq bölgəsində baş verən hadisələrə toxunan qəzet, PKK terror təşkilatının İran-Türkiyə sərhədinə yaxın ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalların tranzitinə nəzarət etmək üçün təhlükəsiz zona yaratmağı planlaşdırdığını qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə silahlı mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin Makı şəhərinin Avacıq bölgəsinin Nado kəndinə hücum edib və 3 azərbaycanlını güllələyərək öldürüblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar